Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Laçın yolu bundan sonra da açıq olacaq -RƏSMİ

Bütün xəbərdarlıqlara baxmayaraq, Ermənistan imzaladığı sənədlərə əməl etməyib. 

Yenixeber.org:  Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnailə keçirdiyi mətbuat konfransında bildirib. 

"Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə Laçın yolu üzərindən şəffaf rejimin təmin edilməsi, o cümlədən nəzarət-buraxılış məntəqəsinin Ermənistanla paralel olaraq həyata keçirilməsi təklif olunmuşdu. Bu təkliflər Ermənistan tərəfindən qəbul olunmayıb. Belə olan təqdirdə, Laçın yolu üzərində şəffaf rejimin təmin olunması üçün aprelin 23-də Azərbaycan nəzarət-buraxılış məntəqəsi qurdu", - deyə nazir vurğulayıb. 

Onun sözlərinə görə, 2020-ci il üçtərəfli bəyanata əsasən, Laçın yolu üç məqsədlə istifadə oluna bilər. Belə ki, yoldan vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin keçidi nəzərdə tutulub. 

"Laçın yolu bu məqsədlər üçün açıqdır və bundan sonra da açıq olacaq", - deyə XİN başçısı vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam