Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Lentsov Qarabağda çox qala bilməyəcək -Rusiya rəsmiləri narazıdır

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı general-polkovnik Aleksandr Lentsovun təyinatı müvəqqətidir. O, sülhməramlıların işini "qaydasına" qoyduqdan sonra geri qayıdacaq.  

Yenixeber.org: Bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb. 

İddialara görə, dünəndən etibarən Lentsov, sülhməramlıların bundan öncəki komandanı Andrey Volkov və Rusiya FTX-nin nümayəndəsi ilə Azərbaycanın iki rəsmisi arasında danışıqlar aparılır. Danışıqların mövzusu və  belə bir görüşün harada keçirilməsi barədə detallar açıqlanmayıb. Ehtimal olunur ki, görüş yeni komandanla tanışlıq xarakteri daşıyır. 

Ermənistan mediası qeyd edib ki, Rusiya rəsmiləri Lentsov kimi təcrübəli zabitin Qarabağa göndərilməsini müsbət qarşılamayıb. Onlar hesab edirlər ki, Ukraynada müharibənin davam etdiyi bir məqamda Lentsov Rusiyada xidmətini davam etdirməklə, daha faydalı ola bilər, nəinki Qarabağda... 

Qeyd edək ki, aprelin 25-də Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına yeni komandan təyin edilib. Məlumatı Rusiya Müdafiə Nazirliyi rəsmən təsdiqləyib. Bildirilib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun yaxın adamı, Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov sülhməramlıların rəhbəri postuna gətirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam