Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib -FOTOLAR

Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda konfrans keçirilib.
Akademiyadan Yenixeber.org-a verilən məlumatda deyilir ki, təşkil olunan konfransı giriş sözü ilə açan ali təhsil müəssisəsinin prorektoru Rizvan Əliyev tədbirin aktual mövzuya həsr edildiyini bildirib və dini radikalizmin ideoloji təhlükəsizlik sahəsində yaratdığı fəsadlara toxunaraq ona rəvac verən təhdidlərin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. O, DQİDK-nın dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə həyata keçirdiyi tədbirlərin önəminə toxunaraq bu sahədəki maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib. Sədr müavininin sözlərinə görə, hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə yararlanırlar.
S.Heydərov qeyd edib ki, dövlətimiz tərəfindən dini radikalizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində uğurlu və nümunəvi siyasət yürüdülür.
Zərərli dini ideologiyalarla mübarizədə ən səmərəli metodlardan birinin maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılması olduğunu diqqətə çatdıran natiq qeyd edib ki, ümumi təhlillər bu təsirlərə daha çox dini bilikləri zəif olan gənclərin məruz qaldığını göstərir.
Konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam