Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

ÜST:Qızılcaya yoluxmada kəskin artım müşahidə edilir

Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir.

Yenixeber.org: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə 159 qızılcaya yoluxma halı qeydə alındığı halda, 2022-ci ildə bu say 904-ə çatıb:

“ÜST qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqların immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırır.

Qızılca və məxmərək kimi ciddi xəstəliklərin qarşısının alınmasında vaxtında edilmiş peyvəndlər çox əhəmiyyətlidir. Ancaq bəzi hallarda həkimlərin müayinəsi ilə 15 yaşa qədər uşaqların qızılcaya qarşı peyvənd olunması mümkündür.

Maarifləndirici materiallar Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində hazırlanıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam