Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

TDT dövlətlərinin jurnalistləri üçün təlimin açılışı olub - FOTOLAR

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının əməkdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin rəsmi açılış mərasimi baş tutub.

Yenixeber.org: Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu layihə sadəcə bilik və bacarıqların təkmilləşdirilməsi üçün deyil, həm də çoxtərəfli münasibətlərin gücləndirilməsi üçün effektiv və səmərəli platformadır.

Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində media sahəsində əlaqələrin gücləndirilməsinə töhfə verməkdədir və hazırkı layihə media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması, müxtəlif ortaq platformalar vasitəsilə ölkələrimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacaq.

O, Azərbaycanda jurnalistlərin peşəkarlığının və informasiya istifadəçilərinin media savadlılığının artırılması məqsədilə həyata keçirilən mühüm tədbirlərdən danışıb, media sahəsində sağlam rəqabət mühitinin gücləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam