Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Səttar Möhbalıyev: “Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi qurması Azərbaycanın suveren hüququdur” 

“Biz görürdük ki, Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri birtərəfli qaydada pozaraq şərti sərhəddə mütəmadi olaraq təxribatlara əl atır, Qarabağda yaşayan ermənilərin içərsində olan separatçılar vəziyyəti gərginləşdirir, erməni diversantlar ərazilərimizə minalar basdırır. Həmçinin onlar üçün yaradılmış şəraitdən sui-istifadə edərək Laçın yolundan hərbi məqsədlərlə istifadə edirlər. Vətən müharibəsi başa çatandan bu yana, görün, bizim nə qədər hərbçimiz və mülki vətəndaşımız həlak olub. Bir neçə gün öncə Şuşa rayonu ətrafında Ordumuzun daha üç hərbi qulluqçusu mina basdırılması nəticəsində xəsarət aldı. Bütün bunlar məğlub ölkənin mürtəci niyyətlərdən əl çəkməyəcəyini göstərirdi”.

Yenixeber.org: Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, ötən gün Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən Ermənistanla şərti sərhəddə, Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması məğlub ölkənin çirkin niyyətlərinin və əməllərinin qarşısını almağa hesablanıb: ”Azərbaycan dəfələrlə qarşı tərəfə xəbərdarlıq etmişdi, faktları ortaya qoymuşdu, amma yenə də Ermənistan bilavasitə “sülhməramlı”ların himayəsi altında bölgəni hərbləşdirir, qanunsuz daşımalar həyata keçirirdi. Bu həm də Qarabağda yaşayan, separatçılardan xilas olaraq Azərbaycan vətəndaşı olmaq arzusunda olan dinc ermənilərin həyatı üçün ciddi təhlükə yaradırdı. Bundan başqa, həmin ərazilərə köçürüləcək mülki insanlarımızın dinc yaşaması böyük təhlükə altında idi. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması bu kimi halların qarşısını alacaq”.

AHİK sədri əlavə edib ki, Azərbaycanın sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququ, kənar və qanunsuz müdaxilələrin qarşısının alınması, milli təhlükəsizliyin təmin edilməsi və dövlətinin suveren hüququdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam