Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Yaponiya Şimali Koreyanın ballistik raketini vurmağa hazırlaşmaq əmrin verib

Pxenyan bu həftə ilk hərbi kəşfiyyat peykini buraxmağa hazır olduğunu bəyan etdikdən sonra Yaponiya öz hərbi qüvvələrinə Şimali Koreyanın ballistik raketini vurmağa hazırlaşmaq barədə göstəriş verib.

Yenixeber.org: Yaponiyanın müdafiə naziri Yasukazu Hamada ölkənin Özünümüdafiə Qüvvələrini "ballistik raketlərə qarşı dağıdıcı tədbirlərin görülməsinin mümkünlüyünü" barədə məlumatlandırıb.

Nazir ballistik raket vurulacağı təqdirdə zərəri məhdudlaşdırmaq üçün lazım olan tədbirləri həyata keçirmək barədə də göstəriş verib.

Bildirilib ki, müdafiə naziri Okinavanın cənubunda Patriot PAC-3 raketlərini istifadə edə bilən hərbi birləşmələrlə yanaşı, SM-3 interseptorları (raket önləyicilər) ilə təchiz olunmuş hərbi gəmilərin yerləşdirilməsi üçün hazırlıqların başlanması barədə göstəriş verib.

Qeyd edək ki, 2012 və 2016-cı illərdə Şimali Koreya peyk buraxılışı adlandırdığı ballistik raketləri sınaqdan keçirib. Hər iki raket Okinava bölgəsi üzərindən uçub.

Yapon mediası 2012-ci ildə Müdafiə Nazirliyinin eyni hazırlıq əmrini verdiyini yazıb.

Pxenyan peykin orbitə buraxılma tarixini açıqlamayıb, KXDR- in lideri Kim Çen In peykin “planlaşdırılmış tarixdə” göndəriləcəyini bildirib.

Xatırladaq ki, peykin orbitə yerləşdirilməsi üçün Şimali Koreyaya buraxılması qadağan edilən uzaq mənzilli mərmi tələb olunur, çünki BMT bu cür təlimləri ballistik raket texnologiyasının sınaqları kimi qiymətləndirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam