Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Rusiya yaralı hərbçilərini ərazisinə buraxmayıb”-Ukrayna Baş Qərargahı

Rusiya Ukraynanın işğal altındakı Luqansk vilayətindən ərazisinə daxil olmaq istəyən yaralı işğalçıları olan yük maşınlarını buraxmaqdan imtina edib, tibbi yardım göstərilmədiyi üçün hərbçilərin bir qismi ölüb.

Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbukdakı xülasəsində bildirilib.

“Düşmən aprelin 17-də müvəqqəti işğal olunmuş Luqansk vilayətindən Belqorod vilayətinin Urazovo qəsəbəsi istiqamətində tibbi təxliyyə həyata keçirməyə cəhd edib. Yaralı işğalçıların daşınmasına 14 yük maşını cəlb edilib. Ukraynanın dövlət sərhədini keçməyə cəhd edərkən Rusiya tərəfi hərbi karvanı buraxmayıb və geri qaytarıb. Məlumdur ki, bu zaman düşmənin hərbi qulluqçularının bir hissəsi lazımi tibbi yardım göstərilmədiyindən sağ qalmayıb”.

Baş Qərargah qeyd edib ki, Rusiya ərazisinə daxil olmaq üçün uğursuz cəhddən sonra 50-dən çox ağır yaralı işğalçı Luqansk vilayətindəki Troitsk Mərkəzi Rayon Xəstəxanasının bazasında yerləşdirilən xəstəxanaya aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam