Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rusiya axtarışda olan şəxsləri Azərbaycana təhvil verdi

 Baş Prokurorluğun vəsatəti əsasında Rusiyanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Şirin Məmmədov, Teymur Quliyevin və Yalçın İbadov ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub. 

Yenixeber.org: Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Belə ki, istintaqı aparılan cinayət işləri üzrə Şirin Məmmədovun Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 178.2.4-cü və 32.4, 312.1-ci maddələri (qabaqcdan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq və rüşvət verməyə təhrik etmə), Teymur Quliyevin həmin Məcəllənin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq), Yalçın İbadovun isə həmin Məcəllənin 182.1-ci maddəsində (hədə qorxu ilə tələb etmə) nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib. 

Hər 3 şəxs Rusiya Federasiyası ərazisində saxlanılaraq aprelin 20-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam