Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

“Azərbaycan heç vaxt öz ölkəsində bayrağımızı yandırmayıb, bizdən daha mədəni olub"-erməni deputat

Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Hakop Aslanyan İrəvanda Azərbaycan bayrağını yandıran dizayner Aram Nikolyanı və onu dəstəkləyənləri sərt tənqid edib. 

Yenixeber.org:  Bu barədə "Hraparak" nəşri məlumat yayıb. 

Erməni deputat qeyd edib ki, azərbaycanlılar həmişə ermənilərdən daha mədəni olub. 

“Azərbaycan heç vaxt öz ölkəsində bayrağımızı yandırmayıb, bizdən daha mədəni olub. Bu gün isə bayraq yandıran bir axmağı alqışlamaq, vətənpərvər addım atdığını bəyan etmək gülüncdür”, - deyə siyasətçi bildirib. 

Qeyd edək ki, aprelin 14-də İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Belə ki, səhnəyə çıxan erməni dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb. O, polisə aparılsa da, bir neçə saat sonra sərbəst buraxılıb. Rəsmi Bakı hadisəyə sərt reaksiya verib və təxribatçının cəzalandırılmasını tələb edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam