Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Erməni deputat əsirlərin Bakıya qaytarılmasından DANIŞDI

Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı Armen Xaçatryan azərbaycanlı əsirlər - Aqşin Bəbirov və Hüseyn Axundovun qaytarılmasından danışıb. 

Yenixeber.org:  O, Azərbaycan hərbçilərinin istintaq bitməmiş Bakıya qaytarılmasının istisna olduğunu iddia edib. 

Xaçatryan parlamentdə çıxışı zamanı bildirib: "Hətta bu əsirlərin erməni hərbçiləri ilə mümkün mübadiləsi nəzərdən keçirilsə də, əvvəlcə bütün halları araşdırmaq və yalnız bundan sonra belə razılaşmaları müzakirə etmək lazımdır". 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə Hüseynin işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam