Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Elmira Axundovanı deputatdan təqsirləndirilənə çevirəcək səs yazıları, ifadələr var-İTTİHAM

 

 


Vəkilin sensasion məhkəmə çıxışı yarımçıq qaldı; deputat oğlu məhkəmədəki sorğu-sualdan necə yayındırılıb?


 

Yenixeber.org: Deputat Elmira Axundovanın özü və oğlu Həbib Axundovun adı keçən qalmaqalla bağlı məhkəmə prosesi başa çatmaq üzrədir. 

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən Elnur İbrahimova 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.

Elnur İbrahimov
Elnur İbrahimov

Deputat və oğlu ilə ailəvi dost, şərik olan Elnur İbrahimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb. O, zərərçəkmişlər Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini katric biznesi adı ilə aldadaraq, ümumilikdə, onların təxminən 1 milyon manat pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunur. Deputat oğlu Həbib Axundov da dostuna qarşı zərərçəkən qismində tanınıb. İttihamda Elnur İbrahimovun 100 min manat pulunu ələ keçirdiyi yazılıb. Lakin məhkəmədə Həbib Axundov şikayətçi olmadığını bildirib.

Məhkəmədə digər zərərçəkmişlər isə Elnur İbrahimovdan çox deputatın oğlunu ittiham ediblər. Bildiriblər ki, onlardan pulu Həbib Axundov alıb, pullarını da ondan tələb edirlər. Əks halda, o da Elnur İbrahimovla birlikdə müttəhimlər kürsüsündə əyləşməlidir.

Həbib Axundov
Həbib Axundov

Zərərçəkmişlərdən Fərman Məmmədova dəymiş ziyanın bir hissəsini Elmira Axundova ödəyib. Deputat özü də bunu təsdiqləyib.


“Elnuru mən tanımamışam, burda, məhkəmədə görmüşəm”


 

Sonuncu prosesdə hakim zərərçəkənlərə müraciət edərək çıxış etmələrini təklif etdi:

-Yarım saat vaxtımız var, gəlsinlər çıxış etsinlər.

Zaldan zərərçəkənlər:

-Bəlkə təxirə salaq.

Hakim:

-Davam edək. Gəl, prokurorun təklifi ilə razısız, razı deyilsiz?

Zərərçəkən Şahin Məhərrəmov:

-Razı deyiləm, çünki mənim Elnurla heç bir alış-verişim olmayıb. Pul verdiyim şəxslərin bu gün mənə 64 min borcu var. Elnuru mən tanımamışam, burda, məhkəmədə görmüşəm.

Hakim:

-Təklif edirsiz ki, Elnura bəraət vermək lazımdır?

Zərərçəkən:

-Bəraət vermək lazım deyil. Qanuna uyğun…

Hakim:

-Qanuna uyğun qərar verilsin? 

Zərərçəkən:

-Bəli, qanuna uyğun qərar verilsin.

Hakim katibə:

-Yazdız?


“Elvinlə Ziya gəlsin məhkəmədə məndən aldığı pulları kimə verib, harda verib desinlər”


 

Katib başını yelləməklə təsdiq edir.

Zərərçəkən:

-Xahiş edirəm Elvinlə Ziya gəlsin məhkəmədə məndən aldığı pulları kimə verib, harda verib desinlər. Mən şəxsən bilirəm ki, məndən aldığı axırıncı 10 min manatı öz borcuna verib. Adam var tanış, ona borcu olub, ona verib. 60 min manat da Elvin elə bil Ziya Elnur türklərin şirkətində kassadan götürüb pulu sənə verib, kimə verib, ya yeyib içib, kassasını bağlayıb.

Hakim:

-Demək istəyirsən ki,

Zərərçəkən:

-Cinayət işinə baxmısız, oxumusuz.

Hakim:

-İstintaq qurtarıb, təkliflərini de.

Zərərçəkən:

-Təklifim odur ki, iş Xətai rayonunda olanda deyir 10 min manat pul vermişəm prokurorluğa, buraxıblar.

Hakim:

-Onu kim deyir?

Zərərçəkən:

-Ziyanın səs yazısı var.

Hakim:

-Təklif edirsən ki, Ziya Vəliyev də istintaqa cəlb olunsun?

Zərərçəkən:

-1 nömrəli cinayətkar elə Ziyadır.

Hakim:

-Əyləşin.

Elnur İbrahimovun vəkili:

-Bunlar ümumi danışa bilməzlər! Konkret deməlidirlər kimə nə veriblər, tələbləri kimdəndir.


“Elnurla bərabər başqaları da var, onlar qrup şəklində iş görüblər”


 

Hakim zərərçəkən Ramin Bəkirovu dəvət edir:

-Prokuror Elnur İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib, razısız?

Zərərçəkən:

-Məncə ona ağır cəza verilməlidir. Çünki cəzası yüngül olsa, gələn dəfə bundan da artığını edər.

Hakim:

-Əyləş.

Zərərçəkən:

-Mənim təklifin ondan ibarətdir ki, istintaq düz getməyib. İş məhkəməyə yarımçıq çatıb. Elnurla bərabər başqaları da var, onlar qrup şəklində iş görüblər. Murad, Müjgan qrupun üzvləridir. Murad, Müjgan mütləq cəzalandırılmalıdır. Elnurla bir yerdə onlara da hökm oxunmalıdır.

Hakim:

-Digər zərərçəkən.

Zərərçəkən Zaur Səfərov:

-Vəkilim ərizə verib, iştirak edə bilməyəcək.

Hakim:

-Gəlin tribunaya. Dövlət ittihamçısı 10 il cəzalandırılmasını təklif edib. Razısız?

Zərərçəkən:

– Bir az.

Hakim:

– Danışın görək, 2-3 kəlmə deyin. Ona cəza ağır verilsin yoxsa yüngül?

Zərərçəkən:

-Məncə ona ağır cəza verilsin. Mən Ramin Bəkirovun çıxışı ilə razıyam. Çünki belə şəxslərin cəzası yüngül olsa daha artıq belə işlər görərlər. Mənim təklifim və iradım odur ki, istintaq düz getməyib. Bu cinayəti qrup şəklində törədiblər. Muradla Müjgan da burada, onun yanında olmalıdır. Cəza verilsin, amma tək verilməsin. Mütləq onlar da məsuliyyətə cəlb olunmalıdırlar.


“Onu Elmira Axundova qaçırıb”


 

Hakim:

-Səfərov Zaur, Bəkirov Ramin çıxış edib, Məmmədov Fərman çıxış eləməyib, Fərrux çıxış eləyib. Vəliyev Ziyanın evinə motosklet firması ilə çağırış göndərmişik, deyiblər ki, bu adam evi satıb çıxıb gedib. Telefonunu da söndürüb.

Zaldan:

-Elmira Axundova onu qaçırıb.

Hakim:

-Bu adamın hquqları pozulmayıb, “nabarot”, o bizim hüquqları pozub gəlməyib.

Zaldan:

-Axtarışa verin.

Hakim:

-Ziya Vəliyev ölkədə deyil, Şahin Məhərrəmov indicə çıxış elədi. Sabir Ağayevə məktub göndərmişik. Biz onu dəvət etmişik.

Zaldan:

-Onunla danışmışıq, işdən buraxmayıblar, ona görə gələ bilmədi.

Hakim:

-Siz kimsiz?

Zaldan:

-Zaur Səfərov.

Hakim katibə:

-Yaz ora, Zaur Səfərov deyir ki, Sabir Ağayev bilirdi ki, bu gün məhkəmə var.

Zaur Səfərov:

-Ona işdən icazə verməyiblər.

Hakim:

-Hökümətin qanunu var, məhkəmə çağırışına hamı gedir. Zərərçəkən Fərman Məmmədov buyursun.

Fərman Məmmədov
Fərman Məmmədov

Fərman Məmmədov:

-Vəkilim çıxış edəcək.

Hakim:

-Buyursun.

Fuad Ağayev:

-Çıxışım genişdir, bəlkə təxirə salaq?

Hakim:

-Qısa danış.

Fuad Ağayev:

-Özünüz deyirsiz ki, 8 ay proses gedir, indi də qısa danış deyirsiz?

Hakim:

-Qısa danışmayın, köhnələri də ehtiyac yoxdur. Buyurun.


Prokuror Həbib Axundovun vəkili rolunda çıxış edib!


 

Fuad Ağayev:

-2018-ci ilin mayından bu günə qədər Fərman Məmmədovun bu binaya, bu salona gəlib ədalət axtarması ümidləri doğrulmur, çünki ötən müddətdə məhkəmədə əsl istintaq aparılmayıb. Buna cəhd belə göstərilməyib. Fərman Məmmədov və digər real zərərçəkən şəxslər və onların nümayəndələrinin vəsatətləri isə nəticəsiz qalıb. Məhkəmə tərkibinə edilmiş əsaslı və qanuni vəsatət belə baxılmamış saxlanıb. İttiham tərəfini təmsil edən prokuror zərərçəkmiş şəxslərin mənafeyinə uyğun olmayan mövqe nümayiş etdirərək dırnaqarası zərərçəkmiş şəxs Həbib Axundov və nümayəndəsi ilə birlikdə bir sıra hallarda Elnur İbrahimovun müdafiəçisi kimi çıxış edirlər.

Deputat Elmira Axundova
Deputat Elmira Axundova

Fərman Məmmədov Elmira Axundovanın adını niyə çəkir?


 

Prosesdə bəziləri Fərman Məmmədovu qınayırlar ki, o niyə bu cinayət işi ilə bağlı Elmira Axundovanın adını çəkir?

Səbəbini izah edirəm – məhz Həbib Axundovun anası Elmira Axundova evindəki məclisdə oğlunun biznes qurduğunu deyib və məclisdə iştirak edənləri həmin biznesə pul yatırmağa çağırıb. Məhz bundan Həbib Axundov Fərman Məmmədova müraciət edərək müvafiq söhbətlər aparıb. Fərman Məmmədov düşünüb ki, yaxşı tanıdığı ailənin övladı biznesə yatırır və ona pul verib. Əks təqdirdə Fərman Məmmədov o, demək olar ki, tanımadığı Elnur İbrahimovun biznesinə heç nə verməzdi. Buna görə də, Fərman Məmmədovun pulları məhz Həbib Axundova verib və həmin pulları da Elnur İbrahimovdan Həbib Axundov tələb edib. F.Məmmədovun pullarına dair kredit müqaviləsini də Elnur İbrahimovla Həbib Axundov bağlayıb. Həbib Axundov verdiyi ifadəsində də etiraf edib ki, Fərman Məmmədovun Elnur İbrahimova vermiş olduğu pulların qaytarılmasına zamin olub. 15 iyul 2013-cü il tarixində Elnur İbrahimovla 735 min manata görə kredit müqaviləsindəki pulların 535 min manatı Fərmanın, 125 min manatı özünün, 50 min manatı Orxan Xanbabayevin, 25 min manatı isə Zarina Xanbabayevin olub. Həbib Axundov iş üzrə maddi sübut kimi tanınmış özünün səsi olan audioyazısında Fərman Məmmədova 450 min manat borcu olmasını etiraf edir. Söz verir ki, həmin borcun 300 min manatını kredit götürərək Fərman Məmmədova verəcək, qalan 150 min manatı sonradan ödəyəcək. Fərman Məmmədova həmin pulun yalnız 250 min manatı ödənilib, onu da ödəyib Elmira Axundova, qalan 200 min manatın ödənilməsindən isə Həbib Axundov imtina edib.


Deputatın bu işə aidiyyatını təsdiqləyən…


Elmira Axundovanın bu işə aidiyyatını təsdiqləyən ifadəni iş üzrə şahid Kamil Nəcəfov verib. 2016-cı il 7 iyun tarixində şahid qismində dindirilərkən o Elmira Axundovanın bu işə pul qoyduğunu deyib. Bildirib ki, Həbib Axundov Elnuru Qəbələdə Elmira Axundovanın yanına aparacaq, bunu Elnura verilən pulun Elmira xanıma məxsus olması ilə əlaqələndirib. Kamil Nəcəfov Elnurun Həbib tərəfindən Qəbələyə aparıb qaytarılmasını ifadəsində göstərib.


Məsuliyyəti Elmira və Həbib Axundovların daşıması nəticəsi tamamilə ağlabatandır!


Elmira Axundova məhz öz oğlunun biznesinə pul qoyulmasını təşviq edib, problemlər ortaya çıxdıqda Elnur İbrahimovla Qəbələdə məzmunu bilinməyən söhbət aparıb. Belə vəziyyətdə Fərman Məmmədovun ona dəymiş ziyana görə məsuliyyəti Elmira və Həbib Axundovların daşıması nəticəsinə gəlməsi tamamilə ağlabatan olub.


Həbib Axundov Elnurun ailəsinə ayda 500 manat niyə verir?


Elnur İbrahimovu maşında Yasamal Rayon Polis İdarəsinə aparan zaman Həbib Axundov ona deyib ki, pulu tək yediyini üzərinə götürsün, o həbs ediləcəyi təqdirdə onun ailəsinə maddi yardım, ayda 500 manat pul verəcək, anası isə Əfvetmə Komissiyası vasitəsilə onun cəzasını yarıbayarı azaldacaq. Kim ona pul atan şəxsin belə qayğısına qalar?

Bu zaman avtomobildə Fərman Məmmədovla yanaşı Mehman, Ziya Vəliyev də olublar, bu barədə konkret ifadələr. İşin içində həmin ifadələr var. Bu, E.İbrahimovu ələ alma cəhdinə deyilmi? Sonradan Elnur İbrahimovun qaçıb gizlənməsi, istintaq orqanının ona daha ağır ittiham verməməsi, dövlət ittihamçısının bu məhkəmə baxışındakı davranışı, məhkəmənin qərarları bu ssenarinin mövcudluğunu təsdiq etmirmi?


“Elmira xanım onu da etiraf edib ki…”


Murad Mehdiyev, Ziya Vəliyev və başqalaırının Elnur İbrahimovun kartric və başqa malları gömrük xərclərini ödəmədən idxal etdirməsi, gömrük nəzarətindən kənar gətirmələri, bu barədə gömrük inspektoru işləyən Həbib Axundovun rolu istintaq tərəfindən araşdırılmayıb. Fərman Məmmədovla Elmira Axundova söhbətində sonuncu deyib ki, ona işin bütün təsviri verilib, Həbib söz verib ki, hər şeyi başa düşür, nəyi varsa satacaq və Fərman dayının pulunu qaytaracaq. Elmira xanım onu da etiraf edib ki, oğlu Fərmanı Elnur kimi barmağına dolayıb. Faktiki olaraq Elmira Axundova öz oğlunun məsuliyyət daşıdığını bildirib. Bütün bunlara baxmayaraq, o nə ibtidai istintaqda, nə də zərərçəkmiş şəxslər və nümayəndələrinin vəsatətinə baxmayaraq məhkəmədə dindirilməyib.


Həbib Axundov məhkəmədə elə dindirilib ki, dindirilməsə idi, bundan yaxşı olardı!


 

Vəkil işdə səs yazılarının olduğunu, həmin səs yazılarının Elmira Axundovanın bu işə birbaşa aidiyyatını təsdiq etdiyini də məhkəmənin diqqətinə çatdırıb:

-Audioyazılarda Elmira Axundovanın pul vermiş şəxslərdən 2 qadına pullarını qaytarması etirafı da var.

Həbib Axundov da məhkəmə iclasında elə dindirilib ki, dindirilməsə idi, bundan yaxşı idi. Belə ki, ona suallar verilməsinə imkan yaradılmayıb. Ötən ilin sonu isə onun dindirilməsinin qarşısı çox qeyri-adi üsulla alınıb – dövlət ittihamçısı qəfildən məhkəmə salonunu tərk edib. Həmin vaxtdan indiyə kimi H.Axundov məhkəməyə təşrif buyurmayıb.

Dövlət ittihamçısı vəkilə etiraz edir. Deyir ki, başqa prosesi olub, ora gedib, ona görə zalı tələsik tərk edib.

Hakim vəkilə çıxışı davam etdirməsini söyləyir.

Fuad Ağayev: 

– Halbuki Həbib Axundova bizim bu gün də çoxsaylı suallarımız var. İbtidai istintaq orqanında olduğu kimi  məhkəmə istintaqında da disklərdə olan çoxsaylı audioyazılar dinlənilmədi. Halbuki, məhz həmin disklərdəki səs yazıları istintaq orqanının ört-basdır etdiyi məsələlərə aydınlıq gətirir. Həbib Axundovun yaxın tanışı müstəntiq Seymur Hidayətzadə də dindirilmədi. O, kimin xahişi ilə Fərman Məmmədovu Yasamal Polis İdarəsinə çağırması, onu məcburi gətirilmə ilə hədələməsinin səbəbləri, Elnur İbrahimov və Həbib Axundov barəsində bir sıra mühüm məsələlər barəsində müfəssəl ifadə verə bilərdi. Zərərçəkmiş şəxslər və nümayəndələrinin Zarina Minet qızı Xanbababayeva, Babayev, Elvin Vəliyev və başqaları dindirilmələri, audioyazıların səsləndirilməsi, SMS yazışmalarının elan edilməsi barədə vəsatətləri ya təmin olunmayıb, təmin olunanlar isə sonradan icra olunmayıb.

Vəkil deyib ki, məhkəmənin gedişatında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edilib. Buna görə də vəsatət veriblər ki, məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi üçün prokurora qaytarılması barədə qərar çıxarılsın:

-Dövlət ittihamçısının qanuna zidd mövqeyi və məhkəmənin qanunsuz qərarı nəticəsində vəsatətimiz nəticəsiz qaldı. Məhkəmə bildirdi ki, vəsatətdə göstərilmiş məsələlərə yekun qərar çıxarılan zaman bu və ya başqa şəkildə baxıla bilər. Elnur İbrahimov etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Həbib Axundova 55 min , Fərman Məmmədova 350 min, Zaur Səfərova 48 min 800, Ramil Bəkirova 126 min, Sabir Ağayev 100 min, Ziya Vəliyevə 145 min, Elvin Vəliyevə 127 min  və Şahin Məhərrəmova 67 min 400 manat ziyan vurub külli miqdarda ələ keçirməkdə təqsirləndirilir. Müstəntiq Elnur İbrahimovun məsuliyyətini yüngülləşdirmək üçün vahid qəsdlə əhatə olunmuş cinayəti ayrı-ayrı epizodlara bölüb. Bu, çox primitiv hüquqi ekvilibristikadan başqa bir şey deyildir.

Hakim iş vaxtının bitdiyinə görə prosesin dayandırılmasını, növbəti prosesdə davam etdirilməsini təklif etdi. Bundan sonra proses  yanvarın 29-na kimi təxirə salındı.(Yunis Cəfərov / AzEuroNews.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam