Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

"Dini zəmində yaradılmış münaqişələr ciddi təhdid yaradır" - Mübariz Qurbanlı

  “Məqsədli şəkildə dini zəmində yaradılmış münaqişələr beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır”.
 Yenixeber.org: bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edib.
“Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinin hüquq bərabərliyini təmin edir. Ölkədə dini qurumların fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb”, - o, vurğulayıb.
Dövlət komitəsinin sədri bildirib ki, ölkədə müxtəlif dini etiqad mənsubları arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, həmçinin dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində dini maarifləndirmə işi aparılır.
Onun sözlərinə görə, müasir dövrdə dinin geosiyasi proseslərə təsirinin güclənməsi bir sıra səbəblərdən irəli gəlir:
“Belə ki, ölkələrin dini təhlükəsizliyinə təhdid yaratmaq istəyən dairələr dini-etnik xarakterli təxribatlar törətməyə çalışırlar. Onlar dini ayrı-seçkiliyə və ekstremizmə əl atmaqla din pərdəsi altında sabitliyi pozmağa cəhd göstərir, iddia edirlər ki, guya dinlərarası dialoq dini-mədəni kimliyə xələl gətirir. Təbii ki, bu cür mövqe ilə razılaşmaq mümkün deyil. Çünki bu yanaşma dini ekstremizmin və ksenofobiyanın güclənməsinə rəvac verir. Nəzərə alınmalıdır ki, bəşəriyyətin mütərəqqi inkişafını dini-etnik müxtəliflik olmadan və sivilizasiyalararası dialoqsuz təsəvvür etmək çox çətindir. Məqsədli şəkildə dini zəmində yaradılmış münaqişələr beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Dinlərarası dialoq cəmiyyətin harmonik inkişafı üçün zəmin yaradan meyarlar formalaşdırır, dini-mədəni dəyərlər arasında bağlılığı təmin edir”.
“Azərbaycan dövlətinin bu sahədə apardığı siyasət belə bir prinsipə əsaslanır ki, cəmiyyətin inkişafında dini-mədəni həmrəylik mühüm rol oynayır. Tarixi təcrübələr sübut edir ki, dini- mədəni həmrəylik dünyada dini zəmində münaqişələrin yaranması ehtimalını azaldır və yaxud onların zorakı vasitələrlə deyil, qarşılıqlı anlaşma yolu ilə həllində vacib rol oynayır. Müasir dövrdə dinlərarası dialoq həm də beynəlxalq münasibətlərə təsir göstərən ciddi faktorlardan biridir. Azərbaycan dövlətinin siyasətində dinlərarası dialoqun yalnız milli çərçivədə deyil, həm də beynəlxalq səviyyədə inkişafına böyük diqqət yetirilir. Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri modeli xalqımızın maraqlarını ifadə edərək demokratik prinsiplərə əsaslanır. Bu sahədə aparılan dövlət siyasətinin məqsəd və vəzifələri Azərbaycan Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Milli maraqlara əsaslanmaq rasionallıq və məqsədyönlülük dini sahədə dövlət siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdir. Azərbaycan dövləti regional və beynəlxalq səviyyələrdə dini təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü siyasət aparır. Vicdan azadlığının və dini müxtəlifliyin təmin olunması, dinlərarası dialoqun genişlənməsi və dini təhlükəsizliyə təhdidlərin qarşısının alınması nəticəsində ölkəmizdə dini sabitlik qorunur”, - M.Qurbanlı əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam