Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İsrailin xarici işlər naziri Bakıya yola düşüb

Açiq mənbələrdən foto.

İsrailin xarici işlər naziri Eli Koen bu gün Azərbaycana diplomatik səfərə yola düşür. O, burada ölkə prezidenti və XİN başçısı ilə görüşlər keçirəcək,

Yenixeber.org: Xəbəri İsrailin https://www.now14.co.il/ saytı yayıb. 

Koen iki ölkə arasında strateji münasibətlərin dərinləşdirilməsi məsələlərini və regional məsələləri müzakirə edəcək.

"Azərbaycan müsəlman ölkəsidir və onun strateji mövqeyi ilə əlaqədar aramızda olan əlaqələr əhəmiyyətlidir və böyük potensiala malikdir. Mən Bakıdakı yaxşı dostlarımızla birlikdə vahid və güclü cəbhə və ümumi problemlərimizin həllində əməkdaşlıq qurmağı davam etdirmək üçün bu gün mühüm siyasi səfərə gedirəm. Bu, iqtisadiyyat, təhlükəsizlik, enerji və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsini əhatə edir", deyə Koen bildirib.

İsrailin XİN başçısı hökumətlərarası komissiyanın iclasında İsrail nümayəndə heyətinə başçılıq edəcək və kibertəhlükəsizlik, milli təhlükəsizlik, su resurslarının idarə edilməsi və kənd təsərrüfatı sahələrində 20 İsrail şirkətinin daxil olduğu işgüzar nümayəndə heyətinə rəhbərlik edəcək.

Nümayəndə heyətinin üzvləri Bakıda şirkətlər və dövlət qurumları ilə onlarla görüş keçirəcəklər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam