Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Slovakiya Ukraynadan taxıl idxalını dayandıracaq

 Slovakiya Polşa və Macarıstandan sonra Ukraynadan taxıl və digər seçilmiş məhsulların idxalını dayandıracaq.
Yenixeber.org: Bunu Slovakiyanın Baş naziri Eduard Heqer bildirib. Onun sözlərinə görə, ucuz Ukrayna taxılı fermerlərin fəaliyyətinə maneçilik yaradır. Qeyd olunub ki, Nazirlər Kabinetinin Aparatında gün ərzində Ukrayna taxılının və bir sıra digər məhsulların idxalına müvəqqəti qadağa qoyulması məsələsi ilə bağlı idarələrarası qrupun iclası keçiriləcək.

Qeyd edək ki, aprelin 15-də Polşa 2023-cü il iyunun 30-dək Ukrayna taxılının və digər kənd təsərrüfatı məhsullarının Ukraynadan idxalına müvəqqəti qadağa qoyub. Həmin gün Macarıstan da Polşanın qərarına qoşulub. Avropa İttifaqı hərbi əməliyyat başlayandan sonra bu malların Ukraynadan Avropa bazarına çıxışı üçün üstünlüklər müəyyən edib, xüsusən idxal rüsumlarını sıfırlayıb.

Lakin ötən ilin sonunda Avropa Birliyinin sərhədyanı ölkələri bəyan ediblər ki, ucuz Ukrayna məhsullarının peyda olmasından həm yerli fermerlər, həm də istehsal əziyyət çəkir. Son bir neçə həftə ərzində Polşa, Macarıstan və Rumıniyada fermerlər ucuz Ukrayna taxılının daxili bazara çıxışını qadağan etməyə çağıraraq tətilə başlayıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam