Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ukraynadakı tanklara texniki xidmət mərkəzi yaradıldı

alman-sirketi-ukraynadaki-tanklara-texniki-xidmet-merkezi-yaratdi

Almaniyanın “Rheinmetall” şirkəti Rumıniyada Ukraynanın müdafiəsi üçün Qərbin tədarük etdiyi tanklar, haubitsalar və hərbi maşınlar üçün texniki xidmət və logistika mərkəzi yaradıb.

Yenixeber.org: Bu haqda Alman mətbuatına danışan şirkətin sözçüsü, sözügedən mərkəzin Rumıniya-Ukrayna sərhədi yaxınlığındakı Satu Maredə qurulduğunu və bu aydan etibarən fəaliyyətə başlayacağını deyib.

Bildirilib ki, texniki xidmət mərkəzi Ukraynada istifadə olunan Qərb müharibə sistemlərinin əməliyyat hazırlığının və maddi-texniki təminatının saxlanmasında mərkəzi rol oynayacaq.

Almaniya kansleri Olaf Şolts texniki xidmət mərkəzinin yaradılmasını müsbət qarşılayıb. Onun sözlərinə görə, Ukraynada yerləşdirilən avadanlıqların daim təmir olunması və istifadəyə yararlı vəziyyətdə olması vacibdir.

Həmçinin gələcəkdə Satu Maredə NATO qüvvələrinin döyüş maşınları ilə yanaşı, logistika maşınlarına da texniki xidmət göstərilməsi planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam