Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Netanyahu bu addımından geri çəkilə bilər

Netanyahu məhkəmə islahatlarını dayandıra bilər
İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə sistemində islahatların dayandırıldığını elan edə bilər.
Yenixeber.org: Bu barədə İsrailin “Kan” dövlət radiosu baş nazirin ofisindəki mənbələrə istinadən məlumat verib. Netanyahunun rəhbərlik etdiyi Likud partiyasındakı mənbə eyni zamanda radiostansiyaya izah edib ki, islahatın dayandırılması yalnız Knessetin müvafiq komitəsi hakimlərin təyinatı üzrə komitənin tərkibinin dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiqlədikdən sonra mümkündür.
Qeyd edək ki, İsrail Prezidenti İsxak Hersoq Baş nazir Binyamin Netanyahudan ölkədə son illərdə ən böyük etirazlara səbəb olan məhkəmə islahatları prosesini dayandırmağa çağırıb.
Xatırladaq ki, İsraildə martın 26-da axşam saatlarında başlayan kortəbii etirazların səbəbi Netanyahunun elan etdiyi ölkənin müdafiə naziri Yoav Qalantın istefası olub. Hökumət başçısı bu qərarı Qalantın bir gün öncə açıq şəkildə hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olduğu məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu bildirəndən sonra verib.
Hökumətin əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakimlərin seçiminə icra hakimiyyətinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. Netanyahu israr edir ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam