Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Sürət həddini endirmək problemi həll etməyəcək" -Ekspert

 
“Paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də yüksək sürət həddinin aşılmasıdır. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanaraq Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq. Hesab edirəm ki, Bakı şəhərivə Abşeron yarımadasının bəzi küçə və yollarında sürət həddinin dəyişdirilməsi ilə bağlı qərar keçmişdə buraxılan ciddi səhvlərin düzəldilməsidir. Vaxtilə sürücüləri sıx məskunlaşma ərazilərindən keçən küçə və yollarda yüksək sürətə öyrəşdirən belə səhvlər olmamalıydı. Yaxud da bu səhv çoxdan aradan qaldırılmalıydı. Nəhayət ki, edildi”.
 
Yenixeber.org: Bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.
 
 
O bildirib ki, iş təkcə sürət həddini endirməklə bitməyəcək. Təhlükəsizliyi gücləndirmək üçün dövlət proqramında nəzərdə tutulan digər işlər - yol tikəndən başlamış yolda nişan qoyanadək hər kəsin peşəkar və məsuliyyətli fəaliyyətinin təmini, sürücü hazırlığı və sürücü olma işinin təkmilləşdirilməsi, cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması və s. məsələlər də öz həllimi tapmalıdır:
 
“Ən ciddi işlərdən biri də qəbul edilən qərarların düzgünlüyünün cəmiyyətə çatdırılması, insanların buna inandırılmasıdır. Qərar qəbul edənlər, yəni DYP və BNA müasir elmi-texniki yanaşmalara istinadla insanları inandırmalıdırlar ki, belə qərarlar daha çox cərimə tətbiqinə, yolda daha çox vaxt itirilməsinə yox, piyada, sürücü, sərnişin üçün daha təhlükəsiz və daha fasiləsiz, daha dayanıqlı və etibarlı hərəkət mühitinin yaradılmasına xidmət edəcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam