Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Prezidentin xüsusi nümayəndəsi:"Bu sənədin Şuşanın yeni tarixinə düşəcəyinə inanıram"

 

"Bu gün Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novi Pazar şəhəri arasında dostluq və əməkdaşlıq haqqında imzaladığımız memorandum Şuşanın yeni tarixinə düşəcək".

Yenixeber.org: Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu sənəd Azərbaycanla Serbiya arasında olan yüksək səviyyəli strateji münasibətlərin məntiqi davamı olaraq iki xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

A.Kərimov söyləyib ki, eyni zamanda bu memorandum mədəni, sosial və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə müsbət təsirlər göstərəcək.

Prezidentin xüsusi nümayəndəsi xatırladıb ki, bu sənəd Şuşa şəhəri ilə digər şəhərlər arasında imzalanan sayca 7-ci sənəddir. O, bundan əvvəlki qarşılıqlı memorandumlardan fərqli olaraq belə bir sənədin ilk dəfə məhz Şuşa şəhərində imzalandığını vurğulayıb.

A.Kərimov bunu simvolik və müsbət bir hal kimi dəyərləndirib.

O həmçinin bununla da Azərbaycan və Serbiya arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam