Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Dərədə gizlədilən külli miqdarda narkotik aşkarlandı -FOTOLAR

Dərədə gizlədilən külli miqdarda narkotik aşkarlandı

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 21 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə və güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenixeber.org-a verilən xəbərə görə, əldə edilən əməliyyat məlumatları əsasında şübhəli şəxs qismində Yardımlı rayon sakini Yasər Ağayev saxlanılıb.

Həmin şəxsin dərədə gizlətdiyi torbalardan ümumilikdə 10 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın heroin, 2 kiloqram tiryək, 4 kiloqram 464 qram metamfetamin və 200 ədəd güclü təsiredən xassəyə malik həb aşkarlanaraq götürülüb. Araşdırma zamanı Y.Ağayevin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və qeyd edilən narkotik vasitələri həmin şəxsin göstərişi əsasında deyilən yerlərdə gizlətməli olduğu müəyyən edilib.

Qeyd edək ki, Y.Ağayevin qardaşı Namik Ağayev də bir ay əvvəl narkokuryerlik etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Yardımlı rayonu ərazisində gizlətdiyi yerdən 40 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə aşkarlanıb.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam