Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Avropada ən güclü Quru Qoşunları bu ölkədə olacaq

2022/06/1F973-1656221642.jpg

Polşa Rusiyadan artan təhlükəyə cavab olaraq son 50 ildə ən böyük silahlanma kampaniyasına başlayır.

Yenixeber.org: Dekabrın ortalarında Polşanın 11-ci artilleriya alayı 34 mil məsafədəki hədəfləri vura bilən Cənubi Koreya istehsalı olan 24 ədəd “K9” özüyeriyən haubitsa alıb.

Bu il Polşa ÜDM-in 4%-ni müdafiəyə xərcləyəcək ki, bu da NATO-ya üzv ölkələrin ehtiyacından iki dəfə çoxdur.

Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib ki, Rusiyanın Ukraynaya hücumu fonunda Varşava hərbi texnikansının modernləşdirilməsini daha da sürətləndirməlidir:

“Polşa üçün təhlükəsizlik səviyyəsini mümkün qədər tez yüksəltmək çox vacibdir. Biz bunu ancaq güclü ordu yaratmaqla edə bilərik. Bu, hər hansı potensial təcavüzkarı hücum etmək qərarına gəlməkdən çəkindirəcək”.

Qeyd olunub ki, Polşa yaxın vaxtlarda Cənubi Koreyadan 1000 ədəd “K2” əsas döyüş tankı, ABŞ-dan 250 ədəd yeni “M1A2 Abrams” tankı, 9 000 raketdən ibarət 18 ədəd “HIMARS” reaktiv yaylım atəş sistemi, Cənubi Koreyadan 288 ədəd “MRL K239 Chunmoo” raket artilleriya sistemi, mindən çox yerli istehsal “Borsuk” piyadanın döyüş maşını, 96 ədəd “AH-64E Apache” helikopterləri və 48 ədəd “FA-50” döyüş təyyarəsi sifariş verəcək.

Polşadakı dərin siyasi parçalanmalara baxmayaraq, hərbi xərclərə bütün partiyaların dəstəyi davam edəcək. Rusiyadan gələn təhlükəni dərk edən müxalifət partiyaları böyük ölçüdə razılaşıblar ki, Varşava Ukraynanın taleyindən yayınmaq üçün ən azı hələlik pul xərcləməlidir.(“The Telegraph”)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam