Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

AHİK Türkiyəyə konteyner evlər göndərib -FOTOLAR

  

Türkiyədə baş vermiş və çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycandan qardaş ölkəyə mütəmadi olaraq humanitar yardımlar göndərilir.

Yenixeber.org: Martın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların sığınacaqlarla təmin edilməsi məqsədilə Türkiyəyə 10 ədəd bir və iki otaqlı modul tipli ev - konteyner göndərib. Yüksək keyfiyyətlə hazırlanmış konteynerlərdə insanların yaşaması üçün bütün zəruri şərait yaradılıb.

Konteynerlər “Qardaş köməyi” platforması çərçivəsində Lökbatandakı “Agro” terminalından Kahramanmaraş şəhərinə yola düşüb.

AHİK həmçinin zəlzələ qurbanlarına davamlı olaraq humanitar yardımlar göndərən Heydər Əliyev Fonduna bu işdə dəstək olmaq üçün 500 000 manat vəsait köçürüb.

Qeyd edək ki, AHİK 2021-ci ildə baş vermiş meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədilə də Türkiyənin həmkarlar ittifaqlarına ianə etmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam