Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Vahid Hacıyev:"Qubadlı, Cəbrayıl və Zəngilanda bir neçə kəndin tikintisinə başlanılacaq"

 

Bu il ərzində üç rayonda - Qubadlı, Cəbrayıl və Zəngilanda bir neçə kəndin tikintisinə başlanılması nəzərdə tutulub.

Yenixeber.org: Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bu gün Zəngilanda keçirilən İdarələrarası "Mərkəzi Enerji Təminatı" üzrə İşçi Qrupunun 62-ci iclasında bildirib.

Onun sözlərinə görə, artıq Zəngilanın "Ağalı" kndinin tikintisinin 90 %-i yekunlaşıb: "Horadiz-Ağbənd" dəmir yolu çərçicəsində tikinti işləri 48 %, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu 68 % yekunlaşıb"

V. Hacıyev bildirib ki, Cəbrayıl-Şükürbəyli-Hadrut avtomobil yolunun tikintisi 70 %, Qubadlı-Eyvazlı avtomobil yolunun - 40 %, Xudafərin-Qubadlı-Laçın avtomobil yolu üzrə işlər isə 46 % yekunlaşıb: "Bərpa-quruculuq istiqamətində yolların çəkilişi, kommunikasiya və infrastrukturların qurulması ilə bağlı işlər görülüb və bu gün də uğurla davam etdirilir".

V.Hacıyev bidirib ki, regionda "yaşıl enerji"nin inkişafı üçün böyük potensial var və bu istiqamətdə işlər aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam