Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

"Xəzərdə suyun səviyyəsinin 9-30 metr azalacağı gözlənilir” -Qazaxıstanlı nazir

 

“Xəzər dənizində bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzər dənizində suyun səviyyəsinin 9-30 metr azalacağı gözlənilir”.

Yenixeber.org: Bunu Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Qazaxıstan hər zaman sülhün tərəfindəndədir: “Təəssüflər olsun ki, bu gün qida təhlükəsizliyi məsələsi də ortaya çıxıb”.

Onun sözlərinə görə, dünyada hazırda bir çox təhlükələr yaşanmaqdadır: “Bu yaxınlarda qardaş Türkiyədə zəlzələlər oldu. Həmin zəlzələ nəticəsində bir çox insanlar həyatını itirdi. Xəzər dənizində də bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərin suyunun 9-30 metr azalacağı gözlənilir. Bu da 5 ölkə üçün də təhlükədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam