Ərdoğan müttəfiq partiyanın sədri ilə görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici ilə görüşəcək.
Yenixeber.org: Görüşdə siyasi məsələlərin, seçkilərlə bağlı proseslərin müzakirə olunması gözlənilir.
Qeyd edək ki, mərhum siyasətçi Muhsin Yazıcıoğlu tərəfindən qurulmuş BBP hazırda Ərdoğanın sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi müttəfiqidir və seçkilərdə onun namizədini dəstəkləyir.("TRT Haber")