Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

ATƏT nümayəndələri Qazax sakinləri ilə görüşüblər

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycanın Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

"Xeberinfo.com":   Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçiriblər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yevgeni Şarov nəzarət ediblər.

Monitorinqdən sonra ATƏT-in nümayəndələri Qazax rayonunun cəbhə xəttinə yaxın yerləşən kəndlərin sakinləri ilə görüşüblər.

ATƏT-in nümayəndələrinə atəşkəsin mütamadi pozulmasından şikayətlənən sakinlər bildiriblər ki, ermənilər kəndləri, təsərrüfat sahələrini güllə atəşinə tutmaqla hər birimizin həyatına təhlükə yaradırlar.

Sakinlər beynəlxalq nümayəndəliyin fəaliyyətinin nəticəsizliyindən də şikayət ediblər. “Keçirilən monitorinqlər hər dəfə nəticəsiz qalır. Artıq xalqın səbr kasası daşmaq üzrədir. İyirmi ildən artıqdır ki, torpaqlarımız düşmən tapdağı altındadır. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı, münaqişənin həllinə ikili standartlar nümayiş etdirilir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı və öz vətənində məcburi köçkünə çevrilən bir milyondan artıq insanın pozulmuş hüquqları bərpa olunmalıdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməlidir”, - deyə onlar vurğulayıblar.

Sonra ATƏT-in nümayəndələri Məzəm kəndinin sakini Sarif Rəhimovun evinə gələrək deyilənlərin həqiqət olduğunun şahidi olublar. Onlar evin divarlarında, hətta dəmir darvazasında erməniər tərəfindən atılan çoxlu güllə izlərini əyani olaraq görüblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam