Baxmut uğrunda döyüş davam edir -AÇIQLAMA
"Baxmut şəhərinin nəzarət altına alınması prosesi davam edir”
Yenixeber.org: Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
O, Baxmut şəhərinin nəzarətə götürülməsi prosesinin davam etdiyini bildirib:
"Bu şəhərin nəzarətə alınması Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinə qədər hücum hərəkətlərinin təşkilinə imkan verəcək", - deyə Şoyqu bildirib.
Şoyqu Rusiya ordusunun Donetsk və Kupyanskdakı hücumları nəticəsində Nikolayevka, Qryanikovka və Paraskoviyevka yaşayış məntəqələrinin nəzarətə götürüldüyünə də diqqət çəkib.