Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Türkiyə müxalifətinin namizədi bu tarixdə AÇIQLANACAQ

Türkiyə müxalifəti namizədini bu tarixdə açıqlayacaq

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin müxalif partiyalarından ibarət Millət İttifaqının görüşü keçirilib.

Yenixeber.org: Görüşdən sonra ortaq açıqlama yayılıb.

Açıqlamada vahid namizədin bazar ertəsi, martın 6-da açıqlanacağı bildirilib.

Xatırladaq ki, "Altılı masa" adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb. O, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.

Bu gün Səadət Partiyanın sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi görüşə CHP lideri Kamal Kılıçdaroğlu, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat Partiyasının lideri ‎Gültekin Uysal qatılıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam