Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

COVID-19 virusu Vuhandakı laboratoriyadan sızıb -FTB

Yenixeber.org: FTB direktoru virusun mənşəyinə dair araşdırmaların onun Vuhandakı laboratoriyadan qaynaqlandığını göstərdiyini bildirib.

“FTB-nin dəyərləndirmələri bir müddətdir ki, pandemiyanın mənşəyinin böyük ehtimal Vuhandakı laboratoriya insidenti olduğunu göstərir”, - deyə Rey “Fox News”a bildirib.

FTB direktoru Çini qlobal pandemiyanın mənbəyinin müəyyənləşdirilməsini mümkün olan hər yolla ləngitməyə çalışmaqda ittiham edib.

Qeyd edək ki, ötən şənbə “Wall Street Journal” da ABŞ Enerji Nazirliyinin pandemiyanın Çindəki laboratoriya insidenti nəticəsində baş verməsi qənaətinə gəlməsinə dair məlumat dərc edib.

Çin COVID-19 virusunun Vuhanda laboratoriyadan sızması ilə bağlı iddiaları təkzib edir və bunun qaralama kampaniyasının bir hissəsi olduğunu bildirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam