Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dünya Bankının regional direktoru Azərbaycana gəlir

 

Fevralın 22-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə direktoru Fadia Saadah Azərbaycana səfər edəcək.

Yenixeber.org: İki gün davam edəcək səfər çərçivəsində F.Saadahın bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.

O, həmçinin Azərbaycan üzrə yeni hazırlanmış İnsan Kapitalı İcmalının təqdimatında iştirak edəcək.

İnsan Kapitalı İcmalının (HCR) məqsədi Azərbaycanda əsas insan kapitalı aspektlərinin vəziyyətini və bu sahədə çağırışları qiymətləndirmək, gücləndirilməsi zəruri olan prioritet istiqamətləri müəyyən etmək və ölkə üçün spesifik həll yollarını təklif etməklə Azərbaycan hökumətinə 2030-cu ilə qədər Milli Prioritetlərin və 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsinə dəstək verməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam