Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Almaniyalı nazirlər zəlzələ bölgəsində

Almaniyalı nazirlər zəlzələ bölgəsində -    FOTO
Almaniyanın xarici işlər naziri Annalena Berbok və daxili işlər naziri Nensi Faezer zəlzələlərin episentri Kahramanmaraşın Pazarcık rayonunda olublar.
Yenixeber.org: Onlar rayon mərkəzində dağıntılar olan əraziləri gəzərək jurnalistlərə açıqlamalar veriblər.
Bölgəyə nə baş verdiyini görmək üçün gəldiklərini bildirən Berbok: "Bu zəlzələ fəlakətinin ölçüsü burada olsanız belə, sözlə ifadə edilə bilməz" deyib.
Ötən gün bölgədə zəlzələ olduğunu və insanların maşınlarında gecələdiyini xatırladan Berbok zəlzələni hiss etdiklərini bildirib.
Nazirin sözlərinə görə, Almaniyanın zəlzələdən əziyyət çəkənlərə yardımı 108 milyon avroya çatıb.
Almaniyada qohumu olanların viza prosesini asanlaşdırdıqlarını vurğulayan Berbok insanların viza ilə bağlı müraciət etmələri üçün bölgədə “viza avtobusu”nun olduğunu qeyd edib.
Almaniyada qohumları olanlara 90 günlük Şengen vizası ilə ora getmə imkanını yaratdıqlarını deyən Faezer bunun xüsusilə travma keçirən və yaralananlar üçün əlavə bir yardım olduğunu söyləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam