Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Miçiqan Dövlət Universitetinə silahlı basqın olub -3 nəfər həlak olub

 

Miçiqan Dövlət Universitetinə silahlı şəxs basqın edərək, atəş açıb, 3 nəfəri öldürüb, daha 5 nəfəri yaralayıb.

Yenixeber.org-un Assoicated Press-ə istinadən verdiyi məlumata görə, fevral 14-ü East Lansing Mich. kampusda baş verən atışmalardan sonra Miçiqan Ştat Universiteti İttifaqının qarşısından yaralıları təcili yardım maşınında xəstəxanaya yerləşdiriblər.

Qorxmuş tələbələri qaranlıqda gizlənməyə məcbur edən qatil, saatlarla davam edən axtarışdan sonra ölümcül şəkildə universitetdən uzaq məsafədə özünü güllələyib.

Polis, çərşənbə axşamı səhər tezdən, Berkey Hallda, akademik binanın  mərkəzi olan MSU Union-un yaxınlığında atışmalardan dörd saat sonra qatilin öldüyünü elan edib.

Kampusun polis idarəsinin müvəqqəti rəis müavini Chris Rozman: "Bu, həqiqətən də gecə yaşadığımız kabus oldu", -  deyib.

Yüzlərlə zabit Detroitdən təxminən 90 mil (145 kilometr) şimal-qərbdə yerləşən Şərqi Lansinq şəhərciyində polisin - qırmızı ayaqqabı, cins pencək və papaqlı, qısa boylu, qaradərili kimi təsvir etdiyi şübhəli şəxs üçün axtarış aparmışdı.

Rozman deyib ki, 43 yaşlı kişi "özünü güllə yarası" ilə öldürməzdən əvvəl kampusdan kənarda polislə “üz-üzə” gəlib.

 Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam