Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Kahramanmaraşda zərərçəkmişlərə humanitar yardımlar paylanılır -FOTOLAR

Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə bağlı zərərçəkmişlərə humanitar yardımlar paylanılır.
Yenixeber.org: Hazırda yardımlar şəhərin Milli İradə Meydanında vətəndaşlara verilir.
TIR-lar vasitəsilə Meydana gətirilən isti geyimlər, yataq dəstləri, ayaqqabılar, corablar, uşaq paltarları və s. əşyalar zərərçəkmişlərə paylanılmaqda davam edir.
Eyni zamanda Milli İradə Meydanına səyyar mətbəxlər gətirilib. Burada insanlara isti yeməklər, isti içkilər verilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə qardaş ölkəyə Azərbaycandan xilasedicilər və həkimlərlə yanaşı humanitar yardımlar da göndərilib, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.

Kahramanmaraşda zərərçəkmişlərə humanitar yardımlar paylanılır - FOTOLAR







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam