Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr-cəbhə bölgəsində

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr-

 

Yenixeber.org: Azərbaycanın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qayğı və diqqəti bütün sahələrdə hiss edilir. Heydər Əliyev Fondunun son 5 ildə Füzuli rayonunda həyata keçirdiyi layihələrə diqqət etsək bunu bir daha aydın görmüş olarıq. 2012-ci ildə Heydər Əliyev Fondu tərəfindən Horadiz şəhərində 240 şagird yeri olan ikimərtəbəli ən müasir standartlara cavab verən məktəb binası tikilərək istifadəyə verilmişdir. 

Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı başqa sahələrdə də özünü göstərir. Azərbaycan uşaqlarına diqqət və qayğını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva füzulili körpələri də yaddan çıxarmamışdır. 2014-cü ildə Heydər Əliyev Fondu tərəfindən Horadiz şəhərində ikimərtəbəli 100 çarpayılıq, 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq körpələr evi-uşaq bağçaları tikilərək istifadəyə verilmişdir. Bağçalarda uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır.

Öz tarixi keçmişləri ilə fəxr edən füzulililər Tarix-Diyarşünaslıq Muzeylərinin  olmamasından uzun illərdir əziyyət çəkirdilər və rayon ərazisində muzey tikilməsi  üçün müxtəlif təşkilatlara müraciət edirdilər. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva füzulililərin bu arzusunu da reallığa çevirmişdir. 2014-cü ildə Heydər Əliyev Fondu tərəfindən Horadiz şəhərində Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyi, 2016-cı ildə isə rəsmlə maraqlanan, bu sahəyə həvəs göstərən füzulili gənclər üçün Horadiz şəhərində ikimərtəbəli ən müasir standartlara cavab verən Rəsm Qalareyası tikilərək istifadəyə verilmişdir. Bunlar Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illər işğaldan azad olunmuş ərazidə həyata keçirilən iri layihələrdir. Fond bu illər ərzində işğaldan azad olunmuş ərazilərdə onlarla layihələr həyata keçirmiş, o cümlədən minlərlə məcburi köçkünün sosial-məişət qayğılarının həll olunmasına köməklik etmiş, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların müalicə və müayinə olunmasını təmin etmiş, yüzlərlə insanı sevindirmişdir. Təsadüfü deyil ki, Heydər Əliyev Fondu tərəfindən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə cəbhə bölgəsində yerləşən Füzuli rayonunda həyata keçirilən layihələrin hər birinin açılışında Prezident cənab İlham Əliyev iştirak etmiş, görülmüş işləri yüksək qiymətləndirmişdir. Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində Heydər Əliyev Fondunu tərəfindən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr bu gün də davam edir.

    Füzulililər Ulu öndərimizin ölməz irsini layiqincə yaşadan, ölkəmizin mədəni irsini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, müxtəlif xalqların və millətlərin birgə yaşam modelini, azərbaycançılıq məfkurəsini bütün dünyada təbliği missiyasını şərəflə yerinə yetirən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini diqqətlə izləyir və yüksək qiymətləndirirlər. Füzulililər inanırlar ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ən böyük layihələr işğal altında olan torpaqlarımız işğaldan azad olunduqdan sonra həyata keçiriləcəkdır. 

 

 Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr-

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr-
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr-
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr-
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr-
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr-
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr-
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr-
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr-

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam