Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Neftçala rayonunda maarifləndirmə tədbiri keçirilib -FOTOLAR

 
Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Xıllı qəsəbə 2 saylı tam orta məktəbində “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha qətiyyətlə yox deyək” mövzularında maarifləndirici tədbir keçirilib. 
Yenixeber.org: Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən Rayon Polis Şöbəsinin rəisinin Şəxsi Heyətlə İş üzrə Köməkçisi, polis kapitanı Valeh Hətəmov narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışıb. O, bildirib ki, qeyd edilən vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları əməkdaşları tərəfindən qətiyyətli əməliyyat tədbirləri keçirilir və hər gün onlarla bu cinayət əməli ilə məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb olunur. 
“Erkən nikaha qətiyyətlə yox deyək” mövzusunda çıxış edən polis şöbəsinin əməkdaşı, polis mayoru Yalçın Qafarov tədbir iştirakçıları yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək, məktəblilərə təhsilləri barədə dəyərli tövsiyələr verib.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxlar nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam