Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Nar” 4G şəbəkəsi Naxçıvanda!

 

“Nar” 9 fevral 2023-cü il tarixindən etibarən Naxçıvan Muxtar Respublikasında 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.  Artıq Naxçıvanda yaşayan “Nar” abunəçiləri yüksək sürətli və dayanıqlı mobil internetdən yararlana biləcəklər.

Yenixeber.org: “Müştəri məmnuniyyəti hər zaman işimizin təməlində dayanır. Bu mənada, yüksək keyfiyyətli mobil rabitə xidmətlərinin yalnız paytaxt Bakıda deyil, eləcə də bölgələrdə təqdim edilməsi “Nar” üçün xüsusi önəm daşıyır. ”, - deyə “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke bildirib.

Hal-hazırda “Nar” 4G şəbəkəsi havalimanı ərazisi də daxil olmaqla, Naxçıvan şəhərini, o cümlədən Şahbuz rayonunda yerləşən Ağbulaq istirahət mərkəzini əhatə edir. Mobil operator bu ilin sonunadək Muxtar Respublika ərazisində 4G baza stansiyalarının sayını iki dəfə artırmağı planlaşdırır. Qeyd edək ki, ölkə üzrə “Nar” şəbəkəsi ərazinin 98,1%-ni, əhalinin isə 99,8%-ni əhatə edir.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam