Volodimir Zelenski Türkiyəyə humanitar yardımla bağlı fərman imzalayıb
Ukrayna Prezidenti Volodimir Zelenski güclü zəlzələyə görə Türkiyəyə humanitar yardımın göstərilməsi haqqında fərman imzalayıb.
Yenixeber.org: Bu barədə Prezident Ofisindən bildirilib.
Qeyd olunub k, fərman Türkiyəyə lazımi yardımın göstərilməsini nəzərdə tutur.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə zəlzələ olub. Hadisə nəticəsində 3419 nəfər ölüb, 20 534 nəfər isə yaralanıb.