Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5 minə yaxınlaşıb

  Fevralın 6-da Türkiyə və Suriyada baş verən güclü zəlzələ nəticəsində ümumilikdə ən azı 4825 nəfər həlak olub.

“Yenixeber.org”  The Guardian nəşrinə istinadən məlumat verir ki, Türkiyənin Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması Təşkilatı öz ölkələrində təbii fəlakət nəticəsində 3381 nəfərin öldüyünü bildirib.

Suriya ilə bağlı son məlumatlara görə 1444 ölü var.

Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı iki ölkədə ölənlərin sayının 8 dəfə arta biləcəyi barədə xəbərdarlıq edib. "Təəssüf ki, biz həmişə zəlzələlərlə eyni şeyi görürük, yəni ölən və ya yaralananların sayı ilə bağlı ilkin hesabatlar gələn həftə əhəmiyyətli dərəcədə artacaq" - deyə, ÜST-nin Avropa üzrə baş fövqəladə hallar zabiti bildirib.

Xatırladaq ki, Türkiyənin cənubunda və Suriyanın şimalında zəlzələ dünən, fevralın 6-da səhər saatlarında baş verib.

Ukrayna zərərçəkənlərə kömək etmək üçün Türkiyəyə öz xilasedicilərini göndərə bilər. Bundan əlavə, Avropa Birliyi axtarış-xilasetmə qruplarını artıq göndərir.

Dünən Xarici İşlər Nazirliyi bildirib ki, Türkiyədə zəlzələ zonasında yaşayan Ukrayna vətəndaşları ilə əlaqənin olmaması ilə bağlı 24 məlum hadisə var.

KİV-in məlumatına görə, həmin gecə Tayvanda və ABŞ-ın Nyu-York ştatında da zəlzələlər baş verib.

Həmçinin, silsilə zəlzələlərdən sonra İsrail sahillərində fırtına da baş verib.

 

Tərcümə etdi: Səadət Sultan

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam