Kremlin göstərişi ilə Rusiyanın hər yerində hava hücümundan qorunmaq üçün sığınacaqlar hazırlanmağa başlanıldı
Kremlin “Sovet dövründə dağılmış infrastrukturun müasirləşdirilməsi” tapşırığına uyğun olaraq bütün Rusiyada hava hücumundan qorunmaq üçün sığınacaqları yoxlanılıb və təmir edilib.
“Yenixeber.org” iz.ru-ya istinadən məlumat verir ki, “Bomba atılmasına qarşı qorunma sığınacaqları şəbəkəsini yoxlamaq qərarı hələ yazda hökumət tərəfindən qəbul edilib. Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və mülki nazirliklərə genişmiqyaslı yoxlamaya başlamaq və asayişi bərpa etmək əmri verilib”, - deyə, Rusiya rəsmilərindən biri bu barədə açıqlama verərkən bildirib.
Rəsmi olaraq, Rusiya hava hücümündan qorunma sığınacaqlarının modernləşdirilməsi üçün milli kampaniya elan etməsə də, bu hal bir neçə aydır ki, davam edir. Yoxlamalar və təmir işləri 2022-ci ilin fevralında Ukraynanın işğalından sonra başlayıb və 2023-cü ilə qədər davam edəcək.
Xüsusilə, Krasnodar diyarının hakimiyyət orqanları bu il bomba sığınacaqlarının təmirinə 6 milyon rubldan çox, Nijni Novqorod - 50 milyon rubl, Ryazan - 1 milyon rubl xərcləyəcək.
Rusiyanın Uzaq Şərq vilayətlərindən birinin administrasiyasının yüksək rütbəli məmuru deyib ki, bomba sığınacaqlarının modernləşdirilməsi ilə bağlı Moskvadan göstəriş var: “Bu işin hər yerdə - yoxlama və təmir aparılması üçün Moskvadan göstəriş verilib".
Tərcümə etdi: Səadət Sultan