Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

ABŞ-ın Ukraynadakı münaqişə fonunda Rusiya hərbi obyektlərini təftiş etməsini təsəvvür etmək çətindir -Rusiya XİN

 "Onlar START-3-ün həyata keçirilməsinin yoxlanılması zərurəti ilə bağlı iddia edilən məqsədlər üçün olsa da, münaqişə tərəfinin nümayəndələri olmaqla ölkəmizin dəridaha da irəli gedəcəkdilər", - deyə, Sergey Ryabkov bildirib.

“Yenixeber.org”  TASS-a istinadən məlumat verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bazar ertəsi jurnalistlərə bildirib ki, Vaşinqton Ukraynadakı münaqişəyə cəlb olunarkən ABŞ zabitlərinin Rusiya hərbi obyektlərini təftiş etməsini təsəvvür etmək çətindir.

“Biz yoxlamalar ətrafında yaranmış vəziyyəti İkitərəfli Məşvərət Komissiyasının növbəti iclasının məsələsi ilə eyni kontekstdə nəzərdən keçiririk. ABŞ hərbi zabitlərinin Rusiya hərbi obyektlərini təftiş etməsini təsəvvür etmək çətindir”, o bildirib.

 

“Onlar START-3-ün həyata keçirilməsinin yoxlanılması zərurəti ilə bağlı iddia edilən məqsədlər üçün olsa da, münaqişə tərəfinin nümayəndələri olmaqla ölkəmizin dərinliklərinə gedəcəkdilər”, Ryabkov əlavə edib.

 

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov daha əvvəl bildirib ki, ABŞ və müttəfiqlərinin Moskvaya qarşı tətbiq etdiyi müxtəlif məhdudiyyətlər faktiki olaraq Rusiyanın START yoxlamalarını qeyri-mümkün edir. Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında müntəzəm uçuşların olmaması, ABŞ-ın müttəfiqlərinin Rusiya təyyarələri üçün hava məkanını bağlaması, müfəttişlər və təyyarə ekipajları üçün tranzit vizalarının alınmasında problemlər, Moskvanın seçimlərinə “əngəl törədən” şərait yaradıb. ABŞ-da yoxlamalar aparmaq.

 

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam