Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

TÜRKİYƏDƏ GÜÇLÜ zəlzələ:Ən azı 284 ölü və 2323 yaralı

  

Bütün dünya zəlzələnin nəticələrinin öhdəsindən gəlmək üçün Türkiyə və Suriyaya yardım təklif edir.

“Yenixeber.org”  md.tsargrad.tv-yə istinadən məlumat verir ki, yüksək səviyyəli hökumət və beynəlxalq rəsmilər bu gün səhər tezdən Türkiyənin cənub-şərqində və Suriyanın şimal-qərbində bir sıra əyalətlərdə baş verən 7,4 bal gücündə zəlzələdən sonra həmrəylik ifadə etmək və yardım təklif etmək üçün sosial mediaya müraciət ediblər.

İsrail prezidenti İsaak Hersoq zəlzələ nəticəsində insan tələfatı və dağıntılarla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına başsağlığı verib.

“İsrail dövləti hər zaman imkan daxilində kömək etməyə hazırdır. Ürəyimiz bu ağrılı zamanda həlak olanların ailələri və türk xalqı ilə birlikdədir”, - deyə, o, sosial şəbəkədə yazıb.

Hindistanın baş naziri Narendra Modi də həlak olanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.

“Hindistan Türkiyə xalqı ilə həmrəydir və bu faciənin aradan qaldırılması üçün hər cür yardım göstərməyə hazırdır”.

Misir Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda "qardaş Suriya və Türkiyənin xalqları" ilə həmrəy olduğunu bildirib və "bu dəhşətli fəlakətin nəticələrinin yumşaldılmasına yardım etməyə" hazır olduğunu bildirib.

Bundan əvvəl Azərbaycan axtarış-xilasetmə əməliyyatlarına kömək etmək üçün Türkiyəyə 370 çevik reaksiya qüvvəsi göndərildiyini bildirmişdi.

Rusiya prezidenti Vladimir Putin də dağıdıcı zəlzələnin qurbanları ilə bağlı Türkiyə və Suriyaya başsağlığı verib və yardım təklif edib.

Moldova prezidenti Maia Sandu da qısa sətirdə Türkiyə və Suriyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib və Suriyanı “qonşu ölkə” adlandırıb.

7,4 bal gücündə zəlzələ Türkiyənin cənub-şərqində və Suriyanın şimal-qərbində bir sıra əyalətlərdə baş verib. Yeraltı təkanlar Livanda da hiss olunub. Zəlzələnin episentri Türkiyənin Kahramanmaraş vilayətinin Pazarçik şəhərində yerləşib. O vaxtdan bəri onlarla təkanlar qeydə alınıb, ən güclüsü 6,6 bal gücündə olub.

Türkiyənin vitse-prezidenti Fuat Oktay mətbuat konfransı zamanı ölkənin cənub-şərqində azı 284 nəfərin öldüyünü, 2323 nəfərin yaralandığını təsdiqləyib.

Suriya Səhiyyə Nazirliyi öz növbəsində Hələb, Latakiya, Həma və Tartus əyalətlərində 257 nəfərin öldüyünü, 639 nəfərin yaralandığını bildirib.

 

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam