Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Vladimir PUTİN dağıdıcı zəlzələ ilə əlaqədar Türkiyə və Suriya xalqlarına başsağlığı verdi

 

Rusiya lideri Türkiyə və Suriya prezidentlərinə təbii fəlakətin nəticələrini yumşaltmaq üçün lazımi yardımı təklif edib.

“Yenixeber.org”  TASS-a istinadən məlumat verir ki, Rusiya prezidenti Vladimir Putin hər iki ölkədə baş vermiş zəlzələ nəticəsində insan tələfatı ilə əlaqədar türkiyəli və suriyalı həmkarları Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədə dərin hüznlə başsağlığı verib.

"Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və ciddi dağıntılarla əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin", - Rusiya prezidentinin Türkiyə dövlət başçısına teleqramında deyilir.

Rusiya prezidenti Suriya prezidentinə müraciətində bu ölkənin şimalında baş vermiş zəlzələnin ağır nəticələri ilə bağlı başsağlığı verib.

Rusiya lideri Türkiyə və Suriya prezidentlərinə təbii fəlakətin nəticələrini yumşaltmaq üçün lazımi yardımı təklif edib.

“Türkiyədən və qonşu ölkələrdən”, Moldova Prezidenti Maia Sandunu bu xəbər dərindən kədərləndirdi. O, sosial şəbəkədə Türkiyə hakimiyyətinə, eləcə də zəlzələdən zərər çəkmiş "qonşu ölkələrə" başsağlığı yazısı dərc edib.

“Qonşu ölkələr” dedikdə o, çox güman ki, Suriyanı nəzərdə tuturdu.

Xatırladaq ki, yanvarın 6-da səhər saat 01:17-də Türkiyənin cənub-şərqində və Suriyanın şimal-qərbində bir sıra əyalətlərdə 7,4 bal gücündə zəlzələ baş verib.

Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) zəlzələnin episentrinin Kahramanmaraş vilayətinin Pazarcık şəhərində olduğunu bildirib. O vaxtdan bəri zəlzələ 6,6 bal zəlzələ gücündə olan iyirmidən çox silkələnmə qeydə alınıb.

Türkiyə Daxili İşlər Nazirliyi zəlzələni ən yüksək səviyyədə elan etməklə, beynəlxalq yardım tələbini edib.

 

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam