Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

İTALİYA Ukrayna prezidenti Vladimir Zelenskiyə görə iki düşərgəyə ayrılıb

 İtaliyanın tanınmış ictimai xadimləri hərbi məzmunlu festivalın qadağan edilməsi üçün petisiyaya başlayıblar.

“Yenixeber.org”  RİA Novosti-yə istinadən məlumat verir ki, sabah İtaliyanın Liquriya kurort şəhəri San-Remoda mahnı festivalı başlayacaq. Lakin bu il mədəni tədbirə hazırlıq Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışı ilə bağlı mübahisələrin kölgəsində qalıb.

Ukrayna liderinin San-Remoya dəvət olunması italiyalıların əksəriyyətini qəzəbləndirdiyi məlumdur, onlar belə mühüm bədii hadisənin Ukraynadakı döyüşlərlə qarışdırılmasını sadəcə təbliğat hesab edirlər.

İtaliyadakı mövcud vəziyyətlə əlaqədar artıq bir neçə həftədir ki, müsabiqənin finalı zamanı Ukrayna prezidentinin videomüraciətinin nümayişinə icazə verilib-verilməməsi ilə bağlı qızğın müzakirələr gedir.

“Avropa Sülh naminə” kampaniyası müvafiq müraciətə başlayıb. İmza toplanmasına tanınmış ictimai xadimlər də start verib.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyatın başlandığını elan edib. Onun sözlərinə görə, bu, Donbass sakinlərinin müdafiəsi zərurəti ilə bağlı olub. O qeyd edib ki, Rusiyanın başqa seçimi yoxdur.

Qərb Moskvanın hərəkətlərini pisləyib, Kiyevi maliyyə yardımı və silahla dəstəkləməyə qərar verib. Bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Ukraynada keçirilən xüsusi əməliyyatın coğrafi vəzifələri dəyişib və onlar təkcə Donbass əraziləri daxilində tamamlanmayacaq.

 

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam