“Azərbaycan hərbçiləri Türkiyəyə köməyə gedir” -RƏSMİ
Ordusunun hərbçiləri zəlzələnin nəticələrini aradan qaldırmaq işlərinə kömək göstərmək üçün Türkiyəyə yola düşəcək.
Yenixeber.org: Bu barədə “TGRT Haber” məlumat yayıb.
“Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə Türkiyəyə kömək məqsədilə zəlzələ bölgəsinə hərəkət edəcəyi bildirilir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib.