Çexiyanın yeni prezidenti NATO-nun Ukrayna münaqişəsində birbaşa iştirakına qarşı çıxıb
Çex Respublikasının seçilmiş prezidenti Pavel nüvə silahını Kiyevə köməkdən yeganə mümkün olan imtina adlandırıb.
Yenixeber.org iz.ru-ya istinadən məlumat verir ki,
Ukrayna tərəfini dəstəkləməkdən yeganə imtina nüvə silahı və NATO-nun Ukraynadakı münaqişədə birbaşa iştirakıdır. Cümə günü, fevralın 3-də Çexiyanın yeni prezidenti Petr Pavel Bloomberg-ə müsahibəsində bildirib.
“Biz avadanlıqlara heç bir məhdudiyyət qoymamalıyıq. Yeganə istisna nüvə silahı və NATO-nun münaqişədə birbaşa iştirakı olmalıdır”, - Pavel bildirib.
Yanvarın 28-də Çexiyanın prezidenti seçilən Pavel fevralın 1-də Ukraynanın gələcəkdə Aİ və NATO-ya üzv olması ilə bağlı bəyanatla çıxış edib. Bundan əlavə, o, NATO-nun Vilnüsdə keçiriləcək növbəti sammitində iştirak etmək planlarını açıqlayıb, həmçinin Ukraynanın alyansa qəbul olunmasını müdafiə edəcəyini bildirib.
Eyni zamanda, Çexiya Prezidenti bunun üçün "ən kiçik bir şans" olduğu halda Ukraynadakı münaqişənin həlli üçün sülh danışıqlarının aparılmasının tərəfdarı olub. Eyni zamanda, Çexiya lideri vurğulayıb ki, Kiyev NATO-ya üzv olmalıdır, çünki Ukrayna ordusu, onun fikrincə, Avropada ən təcrübəli ordu olacaq.
Tərcümə etdi: Səadət Sultan