Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Krımda xarici vətəndaşların 500-ə yaxın daşınmaz əmlak obyekti milliləşdirilib

Milliləşdirmə ukraynalı oliqarxlar Sergey Taruta, İqor Kolomoyski, Rinat Axmetov və Arseni Yatsenyukun mülkiyyətinə, həmçinin 12 Ukrayna bankının və Kiyev "Dinamo" futbol klubunun mülkiyyətinə aiddir.

“Yenixeber.org”  TASS.ru-ya istinadən məlumat verir ki, Simferopol, Krım Dövlət Şurasının deputatları cümə günü xarici vətəndaşların əmlakının milliləşdirilməsi ilə bağlı qərar qəbul ediblər. Siyahıya 500-ə yaxın obyekt daxildir. Bunu Dövlət Şurasının spikeri Vladimir Konstantinov Telegram-kanalında yazıb.

Ukraynalı oliqarxlar Sergey Taruta, İqor Kolomoyski, Rinat Axmetov və Arseni Yatsenyukun əmlakı milliləşdirilməlidir. Siyahıya Ukraynanın 12 bankının və Kiyev “Dinamo” futbol klubunun əmlakı da daxildir.

"Qiyabi səsvermədə Krım Respublikası Dövlət Şurasının deputatları Rusiyaya qarşı qeyri-dost hərəkətlər edən xarici vətəndaşların və dövlətlərin əmlakının milliləşdirilməsi haqqında qərar qəbul ediblər. Siyahıya müxtəlif müəssisə və banklarla bağlı 500-ə yaxın obyekt, turizm və idman infrastrukturu daxildir” - deyə, Konstantinov yazıb.

O əlavə edib ki, antiterror komissiyası Kiyev rejiminə himayədarlıq edən əcnəbi vətəndaşların əmlakını müəyyən etmək üçün işləyir. Milliləşdirilmiş müəssisələr də öz işini davam etdirəcək.

Dövlət Şurasının mətbuat xidməti əlavə edib ki, təklif olunan düzəlişlər yekdilliklə qəbul edilib. “Sənədin qəbulu Krım Respublikası üçün mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı gələcək fəaliyyətlərə imkan verəcək.

Tərcümə etdi: Səadət Sultan

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam