Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

 Medvedev Ukrayna iqtisadiyyatının toza çevrildiyini bəyan edib


Medvedev Ukrayna iqtisadiyyatının tədricən məhv ediləcək bir müstəmləkə taleyini proqnozlaşdırıb.

“Yenixeber.org”  https://iz.ru/-ya istinadən məlumat verir ki, Kiyev hakimiyyəti Qərb kuratorlarının dəstəyi ilə Rusiyanı məğlub etməyə çalışdığı bir vaxtda Ukrayna iqtisadiyyatı sürətlə “qoxuyan qarışıqlığa” çevrilir. Cümə günü, fevralın 3-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında şərhində buna diqqət çəkib.

Eyni zamanda, onun qeyd etdiyi kimi, hətta ona “bərpa və əbədi Avropa sevgisi” vəd edən ölkələr də Ukrayna iqtisadiyyatının pisləşməsindən artıq açıq şəkildə danışırlar.

Medvedev qeyd edib ki, Ukrayna milli sənaye potensialının təxminən 40%-ni və müharibədən əvvəlki ÜDM-in təxminən 15%-ni təmin edən əraziləri itirib.

O, həmçinin qeyd edib ki, Ukraynanın artıq 12 trilyon dollar dəyərində mineral ehtiyatlara, o cümlədən kömür yataqlarının 63%-i və metalların 42%-nə çıxışı yoxdur.

"Ukrayna bir vaxtlar ən azğın formada zorlanan, sonra isə tarixin çürüyən zibilliyində ölmək üçün atılan koloniyaların acı taleyi ilə üzləşəcək", - deyə, Medvedev proqnozlaşdırıb.

Bundan əvvəl, yanvarın 26-da Kiyev tərəfindən qadağan edilmiş Ukraynanın Müxalifət Platforması – Ömürlük partiyasının lideri Viktor Medvedçuk demişdi ki, Ukrayna bir dövlət olaraq mövcud deyil, iqtisadiyyatı məhv edilib. Onun sözlərinə görə, ölkədə istehsalın səviyyəsi 70 faiz azalıb, ölkədə işsizlik 35 faizə çatıb.

Yanvarın 23-də Vilfrid Martens adına Avropa Araşdırmaları Mərkəzinin baş elmi işçisi Eoin Drea bildirib ki, Avropa İttifaqı Ukraynanı suveren borc böhranına aparır. O, hesab edir ki, Ukraynaya kreditlər yox, sövdələşmə lazımdır.

 Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam