Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Laura Loxman:"ABŞ Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir"

Yenixeber.org: Bu sözləri Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasında çıxış edən ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman deyib.
O bildirib ki, Prezident Cozef Bayden Xəzər dənizindən Avropaya qaz ixracı məsələsini dəstəkləyir. ABŞ Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək üçün Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
“Cənub Qaz Dəhlizi Avropa üçün çox əhəmiyyətli layihədir və Azərbaycan qitənin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir. Lakin Cənub Qaz Dəhlizi Avropanın yalnız enerji deyil, siyasi təhlükəsizliyinin də möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu layihə bir çox ölkənin əməkdaşlığına imkanlar yaradır ki, bu imkandan istifadə iqtisadi artımı təmin edir. ABŞ Xəzər dənizində hasil olunan təbii qazın Avropaya nəql olunmasını bundan sonra da dəstəkləyəcək və Azərbaycana yardım edəcək” - Laura Loxman vurğulayıb.
Xanım Laura Loxman onu da qeyd edib ki, dünyada ekoloji problemləri nəzərə alan ABŞ Azərbaycanda yaşıl enerji istehsalına və ixracına sərmayə yatıra bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam