Şimali Koreya ABŞ-ın istənilən hərbi təhdidini nüvə silahı ilə dəf etməyə qadirdir
Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Şimali Koreya nüvə silahından istifadə etməklə ABŞ-ın istənilən hərbi təhdid və ssenarilərinin öhdəsindən gəlməyə qadirdir.
Yenixeber.org” REUTRES-ə istinadən məlumat verir ki, Koreya yarımadasında və bütövlükdə regionda hərbi-siyasi vəziyyət ABŞ və onun müttəfiqlərinin hərəkətləri nəticəsində kulminasiya həddinə çatıb.
Bununla belə, bəyanatda Şimali Koreyanın nüvə silahı ilə ABŞ-ın istənilən hərbi təhdid və ssenarilərinin öhdəsindən gəlməyə qadir olduğu vurğulanıb. Şimali Koreya XİN-in bəyanatına görə, Pxenyan “nüvə üçün nüvə silahı və total qarşıdurma naminə total qarşıdurma” prinsipini rəhbər tutaraq ABŞ-ın istənilən hərbi cəhdinə cavab olaraq “hər qəddar tədbirə” əl atacaq.
Bu açıqlama ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Cənubi Koreyaya səfərindən sonra verilib və o, Vaşinqtonun Cənubi Koreyanı qorumaq üçün adi və nüvə çəkindirici vasitələrdən istifadə etmək niyyətində olduğunu bəyan edib. İki ölkənin müdafiə idarələrinin rəhbərlərinin birgə bəyanatına görə, onlar “bu il birgə təlimlərin səviyyəsini və miqyasını daha da genişləndirmək və artırmaq öhdəliyi götürüblər”.
Cənubi Koreya xəbər agentliyi Yonhap, cümə axşamı Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatına istinad edərək, “Bu, Koreya yarımadasını nəhəng hərbi arsenala və daha da kritik bir müharibə zonasına çevirəcək ABŞ-ın təhlükəli ssenarisinin açıq ifadəsidir".
“Əgər Birləşmiş Ştatlar Koreya yarımadasına və ona bitişik ərazilərə strateji aktivlər yerləşdirməyə davam edərsə, KXDR onların mahiyyətinə uyğun olaraq çəkindirmə fəaliyyətinə aydınlıq gətirəcəyinə əmin olacaq”, - bəyanatda deyilir.
Bu həftənin əvvəlində Cənubi Koreyanın milli müdafiə naziri Li Conq Sup ilə birgə mətbuat konfransında danışan Ostin qeyd edib ki, ABŞ-ın xaricdəki ən böyük kontingentlərindən biri olan Cənubi Koreyada 28 500 ABŞ əsgəri yerləşdirilib. Pentaqon rəhbəri iki ölkə arasında son bir ildə əməkdaşlığın inkişaf etdirilməsi sahəsində əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib və əlavə edib ki, ABŞ və Cənubi Koreya Şimali Koreyadan gələn təhdidlərə cavab tədbirlərini gücləndiriblər.
Tərcümə etdi: Səadət Sultan