Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Bakıda ev almaq istəyənlərin nəzərinə: bu tarixdən kəskin -BAHALAŞACAQ

 

Xəbər verdiyimiz kimi, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi. Belə ki, “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. Ancaq bu müddət bu gün başa çatır.

Yenixeber.org: İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, güzəşt uzadılmasa, depozitlər azala və əvəzində daşınmaz əmlak bazarında bahalaşma ola bilər.

“Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, insanların bankalara qoyduqları depozitlərdən əldə etdiyi illik faiz gəlirləri 7 il müddətinə vergidən azad edilirdi. Bu güzəşt 2016-ci ildə qəbul edilib. Səbəb isə həmin il bir çox güzəştlərin edilməsinə zərurət yaradan devalvasiya idi. 2015-ci ildə olan devalvasiyanın iqtisadiyyata dağıdıcı təsirini azaltmaq üçün bir sıra tədbirlər görüldü ki, bunlardan da biri depozitlərdən gələn faiz gəlirlərinin vergidən azad edilməsi oldu. Amma bunun da vaxtı bitir. Sözügedən güzəşt insanların banklara depozit yatırmasının həcmini artırdı, yeddi il ərzində fiziki şəxslərin 8,8 milyard manat əmanəti 33%-dən çox artaraq 11,7 milyard manata qalxdı”, - eskpert qeyd edib.

İqtisadçı hesab edir ki, bu güzəştin bitməsi geri effektlər yarada, əmanət həcmlərinin azalmasına gətirib çıxara bilər:

“Bankların təqdim etdiyi depozit faizlərini onsuz da inflyasiya yeyir. Digər tərəfdən də, güzəştin aradan qalxması nəticəsində insanların öz əmanətlərini daşınmaz əmlaka yönəldəcəkləri daha real görünür. Çünki bankların təklif etdiyi faizlər qarşılığında inflyasiya, eyni zamanda vergi, daşınmaz əmlakı daha səmərəli yatırım istinadına çevirir. Bu isə tələbin artması fonunda daşınmaz əmlak bazarında qiymət artımlarını mart-aprel aylarına doğru hiss etdirməyə başlayacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam